Fuad Qəhrəmanlıya qarşı yeni ittiham irəli sürülüb

Fuad Qəhrəmanlıya qarşı yeni ittiham irəli sürülüb
# 16 may 2016 15:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya daha bir maddə ilə ittiham irəli sürülüb.

F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR