Millət vəkilləri Türkiyəyə səfər edəcəklər

Millət vəkilləri Türkiyəyə səfər edəcəklər
# 11 may 2016 14:55 (UTC +04:00)

Bakı-APA Sabah Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sevinc Hüseynova, Sədaqət Vəliyeva Ankaraya səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkilləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi başqanlığı tərəfindən təşkil olunmuş tədbirdə iştirak edəcəklər.

Yığıncaqda səhiyyə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər, ailə institutunun və dəyərlərinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Səfər mayın 14-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR