Kənan Yavuz: "Binəli Yıldırımın Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələrdə əməyi böyükdür"

Kənan Yavuz: "Binəli Yıldırımın Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələrdə əməyi böyükdür"
# 23 may 2016 07:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Türkiyənin yeni baş naziri Binəli Yıldırım hələ nazir vəzifəsini tutduğu dönəmdə Azərbaycanla birgə həyata keçirilən layihələrə olduqca böyük dəstək verib".

"APA-Economics" xəbər verir ki, bunu Xəzər Strateji İnstitutunun (HASEN) İdarə Heyətinin sədri, "SOCAR Turkey Energy" şirkətinin sabiq baş direktoru Kənan Yavuz deyib.

"Nazir işlədiyi vaxtlarda Binəli Yıldırımın SOCAR-la birgə həyata keçirilən layihələrə verdiyi dəstəyə yaxından şahidlik etmişəm. Ümumiyyətlə, onun Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələrdə əməyi böyükdür. İnanıram ki, Binəli Yıldırım baş nazir olduğu müddətdə də qardaşlığa söykənən Türkiyə-Azərbaycan münasibətləri inkişaf edəcək, strateji əməkdaşlıq davam edəcək", - deyə K. Yavuz qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR