Arif Daşdəmirov yığmanın heyətindən çıxarılıb

Arif Daşdəmirov yığmanın heyətindən çıxarılıb
# 19 may 2016 10:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirov yığmanın heyətindən çıxarılıb.

Buna onun zədələnməsi səbəb olub. Futbolçu bu səbəbdən millinin mayın 23-dən iyunun 4-dək Avstriyada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

“Kordoba”da oynayan Eddi İsrafilov İspaniya çempionatının oyunları ilə əlaqədar hazırlıq prosesinə gec qoşulacaq. Mayın 30-da yığmanın düşərgəsinə gələcək milliləşən legioner yalnız sonuncu yoxlama matçında – iyunun 3-də Kanadaya qarşı görüşdə forma geymək imkanına malik olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR