Mayın 22-də keçirilmiş test imtahanlarının nəticələri açıqlanıb

Mayın 22-də keçirilmiş test imtahanlarının nəticələri açıqlanıb
# 24 may 2016 14:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün 22 may tarixində keçirilmiş test imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK‑nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR