Nazir: “Münaqişələrin həllinə nail olmadan əsl sabitləşməni təsəvvür etmək mümkün deyil”

Nazir: “Münaqişələrin həllinə nail olmadan əsl sabitləşməni təsəvvür etmək mümkün deyil”
# 23 may 2016 13:47 (UTC +04:00)

Bakı – APA. “Yenilənmiş Avropa Qonşuluq Siyasəti sabitliyi Avropa Qonşuluğunun bir çox tərəflərində ən təcili çağırış kimi irəli sürüb. Sözün əsl mənasında - əsl sabitləşməni təcili təhlükəsizlik çağırışlarına müraciət etmədən, daha dəqiqi, Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin nizamlanmasına nail olmadan təsəvvür etmək mümkün deyil”.

APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir həmçinin qeyd edib ki, multikulturalizm və fərqlilik radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələri dəf etmək üçün geniş təşviq olunmalıdır. “Azərbaycan öz fəal multikultural cəmiyyəti ilə bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nın xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizimlə praktiki əməkdaşlığın formalarının müəyyən edilməsi vasitəsi kimi baxırıq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR