İran 2009-cu ildə Qəzvində baş vermiş aviaqəzada Rusiyanı ittiham edib

İran 2009-cu ildə Qəzvində baş vermiş aviaqəzada Rusiyanı ittiham edib
# 10 may 2016 15:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İranda Tu-154 M təyyarəsinin qəzaya uğraması ilə əlaqədar yaradılan komissiyanın rəyi açıqlanıb.

APA-nın “RİA Novosti ” agentliyinə istinadən verdiyi xəbərə görə, Tehran prokurorluğunun nümayəndəsi Qazi Şahriari bildirib ki, komissiya qəzanın baş verməsində həmin təyyarəni istehsal edən şirkəti və reysə xidmət edən heyəti günahkar bilib.

“Təyyarənin qəzaya uğramasının səbəbi təzyiq kompressorunun klapanında yaranmış nasazlıq olub”, - deyə o vurğulayıb.

Q. Şahriarinin sözlərinə görə, təkrar yaradılan komissiya “Caspian Airlines” aviaşirkətinin keçmiş rəhbərliyinin laynerin alınması və istismarı zamanı səhlənkarlığa yol verib-verməməsini də araşdıracaq.

Qeyd edək ki, Tehran-İrəvan reysi ilə uçan İranın “Caspian Airlines” şirkətinə məxsus Tu-154 M təyyarəsi 2009-cu ilin iyulun 16-da Qəzvin şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə 15 ekipaj üzvü daxil olmaqla, 168 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR