Bakıda evdən içərisində 10 000 dollar və 40 000 avro olan seyf oğurlanıb

Bakıda evdən içərisində 10 000 dollar və 40 000 avro olan seyf oğurlanıb
# 26 may 2016 09:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən içərisi pulla dolu seyf oğurlanıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Mübariz Mədətova məxsus evdən içərisində 10 000 ABŞ dolları və 40 000 avro olan seyf oğurlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR