Vahid Ələkbərov 50 metrlik yaxtasını 19,5 mln. avroya satıb

Vahid Ələkbərov 50 metrlik yaxtasını 19,5 mln. avroya satıb
# 16 may 2016 12:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov "Galactica" adlı yaxtasını satıb. "APA-Economics" xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.


50 metrlik yaxtanın yeni sahibi onun adını dəyişərək "Red Sapphire" qoyub. 2015-ci ilin martında 21 mln. avroya satışa çıxarılan yaxta 19,5 mln. avroya satılıb.

V. Ələkbərovun artıq özünə yeni yaxta alıb. Belə ki, 70 metrlik yaxtanın adı isə "Galactica Super Nova"dır. “Galactica Super Nova”nın dizaynını “Espen Oeino International” memarlıq bürosu həyata keçirib. Yaxtanın daha bir özəlliyi şüşəli liftin və büllur pilləkənlərin olmasıdır. Bundan başqa, yaxtanın ərazisində helikopter meydançası, şəlalə, jakuzi və nəhəng hovuz var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR