TRACECA dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi açıqlanıb

TRACECA dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi açıqlanıb
# 11 may 2016 08:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 11 835,9 min ton, yük dövriyyəsi isə 2314,1 milyon ton-km olub.


Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin 7590,2 min tonu və ya 64,1%-i avtomobil nəqliyyatı, 3190,8 min tonu və ya 27,0%-i dəmir yolu nəqliyyatı, 1054,9 min tonu və ya 8,9%-i dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 12,4% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,7% və 44,0%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,7%-ni və ya 1738,1 min tonunu tranzit yüklər təşkil edib.

Bu ilin yanvar-mart aylarında dəhliz vasitəsilə 82,7 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 1663,6 mln. sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,3%, sərnişin dövriyyəsi isə 1,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR