Azad Rəhimov Cəlilabad rayonunda vətəndaşları qəbul edib

Azad Rəhimov Cəlilabad rayonunda vətəndaşları qəbul edib
# 20 may 2016 10:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov Cəlilabad rayonunda vətəndaşların qəbulunu keçirib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhərlərindən ümumilikdə 30-dan artıq sakin qatılıb. Müraciətlər gənclər, idman sahələri və tikinti sahələri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminat, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi və şəxsi məsələləri əhatə edib.

Gənclər sahəsi üzrə edilən müraciətlər sırasında qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub. Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması və s idman sahəsində edilən müraciətlərdir.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR