Hindistanda yük maşını uçuruma düşüb, 17 nəfər ölüb

Hindistanda yük maşını uçuruma düşüb, 17 nəfər ölüb
# 22 may 2016 17:20 (UTC +04:00)

Bakı-APA. Bu gün Hindistanın şimal-şərqindəki Arunaçal-Pradeş əyalətinin Vest Kamenq dairəsində yük maşını qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, TATA markalı yük maşını naməlum səbəbdən Betçellinq kəndi yaxınlığında dağlıq ərazidən keçən yoldan çıxıb və 100 metr yüksəklikdən uçuruma düşüb.

Nəticədə yük maşınında olan 17 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR