Bakıda 3 nəfərə qarşı 470 min manatlıq dələduzluq edilib

Bakıda 3 nəfərə qarşı 470 min manatlıq dələduzluq edilib
# 18 may 2016 09:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda külli miqdarda dələduzluq faktı qeydə alınıb.

APA-nın məlumatına görə, Məzahir və Hamlet adlı şəxslər ev almaq adı ilə Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Natiq Nadir oğlu Məmmədovdan 100 min manat, Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Fariz Səxavət oğlu Qəribovdan 170 min manat və Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Fuad Ədalət oğlu Həsənovdan 200 min manat alıb qaytarmamaları barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət daxil olub.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR