Tacikistanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı referendum keçirilir

Tacikistanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı referendum keçirilir
# 22 may 2016 06:58 (UTC +04:00)

Bakı-APA. Bu gün Tacikistanda ölkə Konstitusiyasına düzəliş və əlavələrlə bağlı referendum keçirilir.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, əgər düzəliş və əlavələr ümumxalq səsverməsi yolu ilə qəbul olunarsa, Tacikistan Prezidenti Emoməli Rəhmon istənilən qədər prezident seçilə biləcək.

Yeni düzəlişə görə, prezidentliyə namizədin yaş senzi 35-dən 30-a endiriləcək. Əsas qanuna edilən əlavəyə əsasən Konstitusiya Şurası ləğv olunacaq, dini xarakterli partiyanın yaradılması qadağan ediləcək.

Tacikistan Konstitusiyası 1994-cü il noyabrın 6-da ümumxalq səsverməsi yolu ilə qəbul edilib. 1999-cu və 2003-cü illərdə Konstitusiyaya düzəliş və əlavələr olunub.

Xatırladaq ki, Tacikistan Prezidentinin indiki səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

Azərbaycan Milli Məclisinin deputatları İqbal Məmmədov, Rüfət Quliyev və Mərkəzi Seçki Komissiyasının nümayəndələri referendumda müşahidəçi kimi iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR