Kürdəmirdə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Kürdəmirdə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 19 may 2016 10:31 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 192-ci kilometrliyində, Kürdəmir rayonun Atakişilər kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Mahir Bayram oğlu Bəndəliyevin idarə etdiyi KİA markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Şirin oğlu Bayramovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Nəticədə "Niva"nın sürücüsü və KİA-nın sərnişinləri, Bərdə rayon sakinləri, 1968-ci il təvəllüdlü Seymur Bayram oğlu İsrafilov və 1966-cı il təvəllüdlü Təbiyyət Surxay oğlu Şirinov müxtəlif xəsarətlər alıblar.

Yaralılar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR