ATƏT-in media azadlığı üzrə nümayəndəsi və DTİHB-nin direktoru Xədicə İsmayılovanın azad edilməsini alqışlayıblar

ATƏT-in media azadlığı üzrə nümayəndəsi və DTİHB-nin direktoru Xədicə İsmayılovanın azad edilməsini alqışlayıblar
# 26 may 2016 09:06 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Link azərbaycanlı jurnalist və insan haqları müdafiəçisi Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı məhkəmə qərarını alqışlayıblar.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, D. Miyatoviç bu addımı müsbət qiymətləndirib: “Onun azadlığa buraxılması Rəsul Cəfərov da daxil olmaqla, bir sıra jurnalist və insan haqları müdafiəçilərinin əfv edilməsi barədə prezident sərəncamı kimi çox müsbət addımdır. Təəssüf ki, İsmayılovanın cəzası yalnız təxirə salınıb və mən hakmiyyəti ona qarşı olan bütün ittihamların ləğvinə və həbsdəki digər jurnalistləri də azadlığa buraxmağa çağırıram”.

DTİHB-nin direktoru M. Link də X. İsmayılovanın azadlığa buraxılması ilə bağlı Ali Məhkəmənin qərarını alqışlayıb.

Həm media azadlığı üzrə nümayəndəlik, həm də DTİHB Azərbaycana media azadlığı, jurnalistlərin təhlükəsizliyi, insan haqları, fundamental azadlıqların qorunması sahəsində yardım etməyə hazır olduqlarını bildiriblər. Bununla yanaşı, onlar Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqun davam etdiriləcəyini və gələcəkdə Bakıya səfər etməyə hazırlaşdıqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR