Millimizin Avstriyada yoldaşlıq oyunlarının vaxtı və məkanı bəlli olub

Millimizin Avstriyada yoldaşlıq oyunlarının vaxtı və məkanı bəlli olub
# 12 may 2016 10:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının mayın 23-dən iyunun 4-dək baş tutacaq Avstriya toplanışında keçirəcəyi yoldaşlıq görüşlərinin başlanma vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, matçların keçiriləcəyi məkanlar, həmçinin millimizin bu oyunlara hansı formada çıxacağı da müəyyənləşib.

Mayın 26-da Andorra ilə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da (yerli vaxtla 18:00) start götürəcək. Bad Erlax qəsəbəsində baş tutacaq oyuna Robert Prosineçkinin yetirmələri qırmızı rəngli formada çıxacaqlar. Yığmamızın qapıçısı isə qara formada oynayacaq.

Komandamız toplanış çərçivəsində növbəti yoldaşlıq görüşünü mayın 29-da Makedoniyaya qarşı keçirəcək.

Şvadorfda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 19:00-da (yerli vaxtla 17:00) start götürəcək. Millimiz yenə qırmızı rəngli formadan istifadə edəcək. Komandamızın qapıçısı isə sarı formada meydana çıxacaq.

İyunun 3-də isə yığmamızın rəqibi Kanada olacaq. Rohrbax an der Lafnits bölgəsində keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da (yerli vaxtla 19:00) başlayacaq. Komandamız bu dəfə göy rəngli forma ilə meydana çıxacaq. Qapıçımız isə oyunu qara formada keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR