Sabirabadda ev yanıb

Sabirabadda ev yanıb
# 22 may 2016 07:36 (UTC +04:00)

Bakı-APA. Sabirabad rayonu, Yolçubəyli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 200 kv.m olan kürsülü 3 otaqlı evin qamışdan ibarət tavanı 130 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR