Bakı sakini boğazı kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib

Bakı sakini boğazı kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib
# 06 may 2016 05:58 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib. APA-nın məlumatına görə, rayonun Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2 ev 4-ə yaşayan 41 yaşlı Zaur Dadaşbala oğlu Məmmədov boğazı kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib. Zaur Məmmədovun qardaşının polislərə verdiyi məlumata görə, o, özü özünə xəsarət yetirib. Yaralının vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR