Türkiyə-İsrail münasibətlərinin normallaşmasına dair razılaşma rəsmən imzalanıb

Türkiyə-İsrail münasibətlərinin normallaşmasına dair razılaşma rəsmən imzalanıb
# 28 iyun 2016 10:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyə-İsrail münasibətlərinin normallaşmasına dair razılaşma Türkiyə tərəfindən rəsmən imzalanıb.

APA-nın “CNN Turk”ə istinadən verdiyi məlumata görə, sənədə Türkiyə XİN aparatının rəhbəri Firudin Sinirlioğlu yerli vaxtla saat 11:00-da nazirlikdə imza atıb. İmzalanma media üçün qapalı keçirilib.

Tərəflərin ayrı-ayrılıqda imzalaması nəzərdə tutulan razılaşma mətnini İsrail tərəfdən isə Xarici İşlər Nazirliyinin baş direktoru Dore Qold nazirlikdə imzalayıb.

Qeyd edək ki, Türkiyənin baş naziri Binali Yıldırım sənədin hər iki tərəfdən imzalanmasından sonra təsdiq prosesinin başlayacağını bildirib. Onun sözlərinə görə, mətn İsrail Nazirlər Kabineti ilə Türkiyə Böyük Millət Məclisində təsdiqləndikdən sonra qarşılıqlı olaraq hər iki ölkə səfirlər təyin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR