Rusiyada keçmiş polis rəisi və 5 ailə üzvünün qətlində şübhəli bilinən 4-cü şəxs saxlanılıb

Rusiyada keçmiş polis rəisi və 5 ailə üzvünün qətlində şübhəli bilinən 4-cü şəxs saxlanılıb
# 04 may 2016 12:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Samara vilayətinin Sızran şəhərinin keçmiş polis rəisi Andrey Qoşt və 5 ailə üzvünün öldürülməsində şübhəli bilinən 4-cü şəxs də saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, həmin şəxs Düşənbədən gələrkən Moskvanın "Domodedovo" hava limanında saxlanılıb. Rusiya İstintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, bu şəxsin Rusiyaya hansı məqsədlə qayıtdığı hələ ki məlum deyil.

Qeyd edək ki, keçmiş polis rəisi A. Qoşt və 5 ailə üzvü (polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri) Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Öldürülənlərin meyitləri aprelin 24-də səhər aşkar olunub. Yalnız onun 7 yaşlı qızı sağ qalıb. Hadisədə şübhəli bilinən 3 nəfər mayın 3-də saxlanılıb. Onların Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu adlı azərbaycanlılar olduğu açıqlanıb. Dəstənin başçısı hesab edilən Məhəmmədəli Axmalov barəsində axtarış elan edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR