"Glencore" Qazaxıstanda qızıl yatağındakı aktivlərini satışa çıxarıb

"Glencore" Qazaxıstanda qızıl yatağındakı aktivlərini satışa çıxarıb
# 04 may 2016 10:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Glencore" Qazaxıstandakı Vasilkovskoye qızıl yatağındakı aktivlərini satışa çıxarıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Financial Times" nəşri öz mənbələrinə istinadən yazır.

Mənbə qeyd edir ki, aktivlərin dəyəri 2 mlrd. dollardır.

Digər mənbə isə xəbər verir ki, əqdin konsultantı qismində "Deutsche Bank" və "BMO Capital Markets" seçilib.

"Glencore" bu addımını borclarının olması ilə əsaslandırır.

Bildirilir ki, Çin şirkətləri "Glencore"un aktivlərinə sahib çıxmaq niyyətindədir.

Qeyd edək ki, "Glencore" Vasilkovskoye qızıl yatağında 70%-dən bir qədər az paya sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR