Vaqif Dərgahlı: “Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb”

Vaqif Dərgahlı: “Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb”
# 28 aprel 2016 07:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Hazırda təmas xəttində vəziyyət stabildir.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb: “Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib”.

V. Dərgahlı qeyd edib ki, hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR