Obama Suriyaya qarşı sanksiyaların müddəti uzadıb

Obama Suriyaya qarşı sanksiyaların müddəti uzadıb
# 04 may 2016 00:50 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Suriyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin uzadılmasına dair qərar verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Obama Bəşər Əsəd rejiminin Suriya xalqı ilə “amansız müharibə” aparmasını sanksiyaların uzadılmasına səbəb olduğunu bildirib. O qeyd edib ki, ölkənin daxilindəki vətəndaş müharibəsi nəinki Suriyanın özünü, həm də bütün regionu təhlükə altına atıb.

Obama həmçinin ölkə rəhbərliyinin kimyəvi və bakterioloji silah əldə etməyə cəhd göstərdiyini, insan haqlarını pozduğunu və Livanın daxili işlərinə müdaxilə etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR