Azərbaycanın “Eurovision” təmsilçisi Stokholmda ilk məşqini edib

Azərbaycanın “Eurovision” təmsilçisi Stokholmda ilk məşqini edib
# 03 may 2016 15:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycanı bu ay keçiriləcək “Eurovision” müsabiqəsində təmsil edəcək Səmra Rəhimli İsveçin paytaxtı Stokholm şəhərində yerləşən “Erikson Qlob Arena”da ilk dəfə məşq edib.

APA-nın məlumatına görə, səhnə tərtibatının müəllifi 2009-cu ildə Azərbaycanı müsabiqədə təmsil etmiş Aysel və Araşın çıxışının rejissoru olmuş Royn Söderluntdur. “Miracle” 2009-cu ildən bəri Azərbaycanın müsabiqəyə göndərdiyi ilk orta-templi ballada olduğundan ilk uğur nəzərə alınıb və səhnə tərtibatı məşhur rejissora həvalə edilib.

Azərbaycanın bu ilki səhnə tərtibatı “Alisa möcüzələr ölkəsində” adlı əsərə əsaslanır. Səmra Rəhimli səhnədə iki qadın və iki kişi olmaqla dörd rəqqas tərəfindən müşayiət olunacaq.

Səmranın özünəməxsus ifa tərzi barədə danışan isveçli rejissor mahnı və səhnə tərtibatı haqqında öz fikirlərini bölüşüb: “Miracle sadəcə, sevgi münasibətinin bitməsi haqqında deyil. Biz burada mahnı ətrafında müsbət emosiyalar yaratmaqla izləyicilərə ümid aşılamağa da, çalışmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR