Türkiyə daxili işlər naziri: “Bursadakı terror aktının PKK-çı qadın törədib”

Türkiyə daxili işlər naziri: “Bursadakı terror aktının PKK-çı qadın törədib”
# 03 may 2016 00:58 (UTC +04:00)

Bakı-APA. Aprelin 27-də Bursa şəhərində törədilən terror aktının PKK-çı qadın törədib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə daxili işlər naziri Efkan Alan bəyan edib.

Onun sözlərinə görə Ulu Cami məscidi yaxınlığında özünü partladan kamikadze-qadın PKK terror qruplaşmasının üzvü, İğdır əyalətində anadan olmuş 1992-ci il təvəllüdlü Əsər Çalı olub.

Qeyd edək ki, Bursada törədilən partlayış nəticəsində 13 nəfər yaralanıb. Hadisə ilə əlaqədar 17 nəfər saxlanılanlardan 6-sı həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR