Ermənilər 2 əsgər itirdiklərini açıqlayıblar

Ermənilər 2 əsgər itirdiklərini açıqlayıblar
# 30 aprel 2016 08:14 (UTC +04:00)

Bakı – APA. Erməni tərəfi cəbhədə növbəti itkilərə məruz qaldığını açıqlayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, aprelin 30-na keçən gecə işğal altındakı Dağlıq Qarabağın şimalında, Talış kəndi istiqamətində 2 hərbçi ölüb. Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən erməni tərəfinin təmas xəttində atəşkəsi pozması ilə əlaqədar düşmənin səngərlərinə və atəş nöqtələrinə cavab zərbələri endirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR