Nazir Ramin Quluzadə Şamaxıda vətəndaşları qəbul edəcək

Nazir Ramin Quluzadə Şamaxıda vətəndaşları qəbul edəcək
# 02 may 2016 12:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, mayın 5-i saat 12:00-da təşkil olunacaq.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur:

Şamaxı rayonunda 02026 51466

Qobustan rayonunda 02024 52330

Ağsu rayonunda 02022 65099

İsmayıllı rayonunda 02028 54444

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR