Azərbaycanlı cərrah ABŞ-da dünyada ilk sayılan elmi araşdırmasını təqdim edib

Azərbaycanlı cərrah ABŞ-da dünyada ilk sayılan elmi araşdırmasını təqdim edib
# 03 may 2016 16:00 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 45 ölkədən yüzlərlə həkimin qatıldığı konfransda həmyerlimiz Vüsal Hacıyev ürək transplantasiyasından sonra trikuspidal qapaq çatışmamazlığının risk faktorları və səbəbləri üzrə apardığı tədqiqatı məruzə edib.

1990-cı illərdən bu günə qədər bir çox mərkəzlərin bu problem üzrə araşdırma aparmasına baxmayaraq, bu çatışmazlığın əsas səbəbini aşkar etməyiblər. Vüsal Hacıyev “Berlindəki Almaniya ürək mərkəzi”nin (Deutsches Herzzentrum Berlin) direktoru, dünya şöhrətli professor Roland Hetzerin rəhbərliyi altında dörd il ərzində trikuspidal qapağın çatışmamazlığına təsiri ola biləcək bütün faktorları araşdırıb, transplantasiyadan sonra sözügedən problemin qarşısının alınması üçün atılacaq addımları aşkar edib. Elmi işinin nəticələrini bu konfransda tibbi tədqiqat icmasına təqdim edən Vüsal Hacıyev 2001-ci ildə Azərbaycanın Şirvan Türk liseyinin məzunudur. O, Azərbaycan Təhsil Nazirliyinin dövlət təqaüd proqramı ilə Çexiyada tibb üzrə təhsil almaq üçün ölkənin ən nüfuzlu Charles Universitetinə yollanıb, 2009-cu ildə ali təhsilini bitirib. Universiteti bitirdikdən sonra V.Hacıyev professor Hetzerin rəhbərliyi altında ürək cərrahiyyəsi üzrə rezindenturaya qəbul olunub. Hazırda ürək cərrahı vəzifəsində çalışan V.Hacıyev 2010-cu ildən başlayaraq ürək transplantasiyası əməliyyatından sonra trikuspidal qapağın çatışmazlığı mövzusunda araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR