Ermənistan müdafiə nazirinin müavini, kəşfiyyat və rabitə xidmətlərinin rəisləri işdən çıxarılıb

Ermənistan müdafiə nazirinin müavini, kəşfiyyat və rabitə xidmətlərinin rəisləri işdən çıxarılıb
# 26 aprel 2016 12:25 (UTC +04:00)

Bakı - APA. Ermənistan prezidenti Serj Sarkisyan ordu rəhbərliyində bir sıra kadr dəyişiklikləri həyata keçirib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan vəzifədən azad edilib.

S. Sarkisyanın digər fərmanı ilə rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan vəzifədən çıxarılıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan da işdən uzaqlaşdırılıb.

Adı çəkilənlərin yerinə yeni təyinatlar barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR