Küveytdə üsyançı-husilər Yəmən üzrə danışıqların yeni raundunda iştirak etməkdən imtina ediblər

Küveytdə üsyançı-husilər Yəmən üzrə danışıqların yeni raundunda iştirak etməkdən imtina ediblər
# 08 may 2016 18:43 (UTC +04:00)

Bakı-APA. Küveytdə üsyançı-husilər ərəb koalisiyasının endirdiyi hava zərbələrinə etiraz edərək Yəmən üzrə danışıqların yeni raundunda iştirak etməkdən imtina ediblər


APA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Uld Şeyx Əhməd bildirib.

Onun sözlərinə görə bu günə təyin olunan görüş naməlum müddətədək təxirə salınıb. Qeyd edək ki, bu gün hüsilərin nəzarəti altında olan paytaxt Səna şəhərinə hava zərbələri endirilib. Nəticədə 7 nəfər ölüb,13 nəfər yaralanıb.

Küveytin paytaxtında Yəmən üzrə sülh danışıqları aprelin 21-də başlayıb.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR