Əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib
# 22 may 2016 12:52 (UTC +04:00)

Bakı-APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qruplarına qəbul imtahanı keçirib.

APA-nın məlumatına görə, respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılan imtahan saat 11.00-da başlayıb və saat 14.00-da başa çatıb.

İmtahan başa çatdıqdan sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizasına başlanılıb. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR