İranda avtobus aşıb, xeyli sayda ölən və xəsarət alan var

İranda avtobus aşıb, xeyli sayda ölən və xəsarət alan var
# 18 may 2016 17:25 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Şimali Xorasan əyalətində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün Bocnurd şəhəri yaxınlığında baş verib.

“Volvo” markalı sərnişin avtobusu Zahidan şəhərindən Günbəd şəhərinə gedərkən Bocnurd şəhərinin Mehnan kəndi yaxınlığında qəzaya uğrayıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Sərnişinlər qəzanın sürücünün yüksək sürət üzündən idarəetməni itirməsi nəticəsində baş verdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR