Sabah Bakıda 27, rayonlarda 32 dərəcəyədək isti olacaq

Sabah Bakıda 27, rayonlarda 32 dərəcəyədək isti olacaq
# 17 may 2016 10:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16 , gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gündüz əsas yağmursuz olacağı, lakin axşam və gecə şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi meteoroloiji proqnoza gəlincə, mayın 18-də Abşeron yarımadasında müteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üşün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR