Səhiyyə Nazirliyi Salyanda doğulan üçəmlərdən ikisinin ölməsinə münasibət bildirib

Səhiyyə Nazirliyi Salyanda doğulan üçəmlərdən ikisinin ölməsinə münasibət bildirib
# 21 iyun 2016 10:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn üçəmlərdən ikisinin ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya açıqlamasında deyib ki, Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də xəstəxananın Doğum şöbəsində üçəm dünyaya gətirib: “Doğuş hamiləliyin 31-ci həftəsində baş verib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq uşaqlardan biri gecə saat 1:00-də, digəri isə 1:10-da ölüb".

Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara münasibət bildirən nazirlik əməkdaşı deyib ki, rayonda elektrik enerjisi saat 01.30 radələrində kəsilib: "Yəni işığın sönməsinin bu məsələyə heç bir adiyyatı yoxdur və xəstəxananın reanimasiya, doğum şəbələrində generatorlar var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR