Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv olunub

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv olunub
# 04 may 2016 22:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı ilə bağlıdır.

İndiyə qədər xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilib və bu ixtisasların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Dəyişikliyə əsasən bu prosedur ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR