Bakıda 34 yaşlı kişi qətlə yetirilib

Bakıda 34 yaşlı kişi qətlə yetirilib
# 26 may 2016 08:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl törədilib.

Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Dübəndi bağlarında Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ruslan Şevçen aralarında yaranmış münaqişə zəminində tanışı, 1982-ci il təvəllüdlü Aleksandr Nikoloyeviç Qraçyovu ürəyindən bıçaqlayaraq öldürüb. Hadisəni törədən R. Şevçen saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR