Türkiyə millisi yoldaşlıq oyununda Monteneqroya qalib gəlib

Türkiyə millisi yoldaşlıq oyununda Monteneqroya qalib gəlib
# 29 may 2016 23:47 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində bu gün daha bir neçə qarşılaşma keçirilib.

Apasport.az saytının məlumatına görə, millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya Slovakiya məğlub olub. Norveç də Portuqaliya ilə qarşılaşmada eyni nəticəyə üzülüb.

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi Qətərə qalib gəlib.

Qardaş ölkə Türkiyə millisi isə Monteneqronu tək qolla məyus edib.

Beynəlxalq yoldaşlıq oyunları

29 may

Albaniya - Qətər - 3:1

Qollar: Ayeti, 23. Lenyani, 40. Sadiku, 64 - Hassan, 2.

Almaniya - Slovakiya - 1:3

Qollar: Mario Qomes, 12-pen - Hamşik, 41. Duriş, 44. Kuçka, 52.

İspaniya - Bosniya və Herseqovina - 3:1

Qollar: Nolito, 11; 18. Pedro, 94 - Spahiç, 29.

Rumıniya - Ukrayna - 3:4

Qollar: Torxe, 23. Alibek, 75. Maksim, 85 - Zozulya, 43. Zinçenko, 48. Konoplyanka, 55. Yarmolenko, 60.

Türkiyə - Monteneqro - 1:0

Qol: Mehmet Topal, 95

İtaliya - Şotlandiya - 1:0

Qol: Pelle, 57

Portuqaliya - Norveç - 3:0

Qol: Quaresma, 13, Gerrero, 56, Eder, 70

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR