Fransaya təhsil almağa gedəcək azərbaycanlı tələbələrin şərəfinə qəbul təşkil edilib

Fransaya təhsil almağa gedəcək azərbaycanlı tələbələrin şərəfinə qəbul təşkil edilib
# 11 avqust 2016 18:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Fransanın Azərbaycandakı səfirliyində bu il Fransaya təhsil almağa gedəcək tələbələrin şərəfinə qəbul təşkil edilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən səfir Aureliya Buşez iki ölkə arasında əlaqələrin dinamizminin çox yüksək olduğunu deyib: “Bu əməkdaşlıq bır çox sahələri əhatə edir. Azərbaycanda Bakı Fransız Liseyi fəaliyyət göstərir. Sentyabrda Fransa Azərbaycan Universiteti açılacaq. Tələbələr həm Azərbaycan, həm də Fransız dilində təhsil alacaq. Fransa təhsil sahəsində Azərbaycana bir sıra yardımlar edir. Fransada oxuyacaq tələbələr bir sıra sahələrdə təhsil alacaqlar. Tələbələrdən üçü ADA Universitetinin, beşi Bakı İqtisad Universitetinin tələbələridir".

Daha sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev azərbaycanlı tələbələrin Fransada təhsil almasının iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyini deyib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycandakı universitetlərin nümayəndələri, Fransada növbəti tədris ili üçün təhsil alacaq 49 tələbə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR