Dövlət Mahnı Teatrında “Sədəf” Xalq Çalğı Ansamblının konserti olub

Dövlət Mahnı Teatrında “Sədəf” Xalq Çalğı Ansamblının konserti olub
# 17 may 2016 08:58 (UTC +04:00)

Bakı-APA. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sədəf” Xalq Çalğı Ansamblının konserti keçirilib.

APA-nın xəbərinə görə, konsert proqramında 5-ci Respublika Muğam Müsabiqəsində 3-cü yeri qazanan Sədəf Budaqova, Murad Əhmədov, Ayxan Xəlillinin ifasında bir sıra muğam, xalq və müəllif mahnıları səslənib.

Onları tarda Qulu Hüseynov, Şükür Vazehoğlu və başqaları müşayiət ediblər.

Uşaq Filarmoniyasının tələbələrindən ibarət olan ansamblın yaradıcısı və bədii rəhbəri Qönçə Mehdiyeva, konsertmeysteri isə Zəfər Hüseynovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR