"Nar" media nümayəndələrinə təlim keçib

"Nar" media nümayəndələrinə təlim keçib
# 13 may 2016 08:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” media nümayəndələri üçün “Mobil rabitənin əsasları” mövzusunda təlim təşkil edib.

APA-Economics” xəbər verir ki, təlimə qatılan jurnalistlər, bloqqerlər və ictimaiyyət nümayəndələri mobil şəbəkənin fəaliyyəti, mobil internetin əsasları, 2G, 3G və 4G rabitə texnologiyaları haqqında nəzəri və təcrübi biliklər əldə etdilər.

Təlim “Nar”ın yerli mütəxəssislərindən ibarət peşəkar texniki heyət tərəfindən keçirilib. Təlim zamanı media nümayəndələrinə yüksəkkeyfiyyətli “Nar” şəbəkəsi haqqında məlumat verilməklə yanaşı baza stansiyaları ilə də əyani surətdə tanış olmaq fürsəti təqdim edilib.

Texniki şöbənin əməkdaşları müxtəlif şəbəkə sınaqları keçirərək, texniki avadanlıqların yüksək fəaliyyətini nümayiş etdiriblər. Yeni 4G avadanlıqlarının iş prinsipi təlim iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara mobil texnologiyanın gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumat verilməklə yanaşı “Nar” şəbəkəsinin qurulması və yenilənməsi zamanı ən son texnologiyadan istifadə edilməsi haqqında məlumat təqdim edilib.

Təlimdə “Nar” şəbəkəsinin son 2 il ərzində 2 dəfədən çox artması və 5 600-dən artıq baza stansiyadan ibarət dayanıqlı şəbəkənin abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməsi vurğulanıb.

Təlim iştirakçıları “Mobil rabitənin əsasları” təlimində uğurla iştirak etdikləri barədə sertifikatlarla təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR