Fransada çexiyalı turistlərin olduğu avtobus atəşə tutulub

Fransada çexiyalı turistlərin olduğu avtobus atəşə tutulub
# 05 iyun 2016 12:01 (UTC +04:00)

Bakı-APA. Çexiya Xarici İşlər Nazirliyi iyunun 4-də Fransanın cənub-şərqində, Montelimar şəhəri yaxınlığında çexiyalı turistlərin olduğu avtobusun naməlum şəxslər tərəfindən atəşə tutulduğu barədə məlumat yayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə saat 22:30 (Bakı vaxtı ilə saat 00:30) radələrində baş verib.

Güllərdən ikisi avtobusun ön pəncərəsinə tuş gəlib. Şüşə qırıqları avtobusda olan 70 turistdən 6-nın yüngül yaralanmasına səbəb olub.

Fransa polisi araşdırmaya başlayıb. Polis avtobusun dələduzlar tərəfindən atəşə tutulduğunu ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR