Bakıda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb

Bakıda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb
# 22 may 2016 18:47 (UTC +04:00)

Bakı-APA. Bakının Səbail rayonunda vətəndaşlara məxsus "Ford" və "Mazda" markalı minik avtomobilləri toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində hər iki avtomobilin mühərrik hissələri yanıb.

Qəza zamanı "Ford" markalı avtomobilin sürücüsü, avtomobildə olan 1 nəfər və "Mazda" markalı avtomobilin sürücüsü avtomobildən çıxarılaraq Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR