Boliviyada ildırım 5 nəfəri vuraraq öldürüb

Boliviyada ildırım 5 nəfəri vuraraq öldürüb
# 29 avqust 2016 22:53 (UTC +04:00)

Bakı-APA. Boliviyada ildırım 5 nəfəri vuraraq öldürüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident San-Lorenso şəhəri yaxınlığında baş verib.

Məlumata görə, ildırım güclü leysandan gizlənməyə çalışan bir qrup insanın olduğu tikiliyə düşüb.

Hadisə nəticəsində ikisi yeniyetmə olmaqla 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan şəxsin həyatına təhlükə olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR