Rubl yarım illik maksimuma yaxınlaşır

Rubl yarım illik maksimuma yaxınlaşır
# 04 iyul 2016 12:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Rublun dollara qarşı məzənnəsi yarım illik maksimuma yaxınlaşıb.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna "Brent" markalı neftin bahalaşması və dünya bazarlarının müsbət yönə istiqamətlənməsi səbəb olub.

Gün ərzində amerikalı bazar iştirakçılarının yoxluğu səbəbindən dinamika məhdudlaşa bilər. Belə ki, ABŞ-da bu gün Müstəqillik Günü qeyd edilir. Bu səbəbdən Moskva birjasında dollarla ticarət aparılmır.

Qeyd edək ki, hazırda dollar 63,52 rubl səviyyəsində bərqərar olub ki, bu da 2015-ci ilin noyabrın 6-da qeydə alınan göstəricidən 12 qəpik yüksəkdir.

1 avro 70,75 rubla dəyişdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR