Ombudsman UNİCEF-in Bakı ofisinin rəhbərini qəbul edib

Ombudsman UNİCEF-in Bakı ofisinin rəhbərini qəbul edib
# 19 may 2016 13:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadzeni fəaliyyət müddətinin başa çatması münasibəti ilə qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə A. Şilakadze Müvəkkilə fəaliyyəti dövründə, habelə birgə əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi, təmini və təbliği sahəsində fəaliyyətin səmərəliliyini vurğulayıb.

E. Süleymanova UNİCEF-lə, həmçinin bu qurumun Bakı ofisi ilə sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib, ölkəmizdə uşaq hüquqları sahəsində səmərəli əməkdaşlığa görə qonağa təşəkkürünü bildirib.


Tədbirin sonunda Müvəkkil qonağa xatirə medalı, habelə ölkəmizdə uşaq hüquqlarının həyata keçirilməsi sahəsində fəaliyyətinə və Ombudsmanla səmərəli əməkdaşlığına görə Fəxri Fərman təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR