“Gilan Holding” marketinq mütəxəssislərinin ixtisaslaşmasına dəstək olub

“Gilan Holding” marketinq mütəxəssislərinin ixtisaslaşmasına dəstək olub
# 04 oktyabr 2016 16:10 (UTC +04:00)

Bakı – APA-Economics. Qeyri-neft sektoruna göstərdiyi dəstəyi ilə seçilən “Gilan Holding” bu dəfə biznesin aparıcı qüvvələri olan marketinq mütəxəssislərinin ixtisaslaşmasına dəstək verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, noyabrın 5-də “Badamdar” oteldə Rəqəmsal Marketinq konfransı keçiriləcək. Layihə çərçivəsində yerli marketinq mütəxəssisləri bir gün ərzində bir-biri ilə təcrübəsini paylaşacaq, rəqəmsal marketinq alətlərinin effektiv tətbiqini müzakirə edəcəklər.

500 nəfərədək marketinq mütəxəssisinin iştirak edəcəyi konfransda spikerlər “Gələcəyə gəl” şüarı altında rəqəmsal marketinq üzrə təcrübələrini paylaşacaq. Həmçinin, konfransda Türkiyədən qonaq spiker də iştirak edəcək.

Qeyd edək ki, Rəqəmsal Marketinq konfransı Facemark.az, ölkənin ilk onlayn marketinq kanalı olan FMR TV və Marketing AİR komandası tərəfindən illik olaraq keçirilir. Bu il 2-ci dəfə keçiriləcək konfransın məqsədi biznesin rəqəmsal platformalarda inkişafını, rəqəmsal marketinq alətlərindən düzgün və effektiv istifadəni stimullaşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR