Bu il Azərbaycanda istehsal olunacaq traktorların sayı açıqlanıb

Bu il Azərbaycanda istehsal olunacaq traktorların sayı açıqlanıb
# 19 may 2016 12:04 (UTC +04:00)

Bakı – APA. Bu il Azərbaycanın müəssisələrində 2 min traktor istehsal olunacaq.

APA-nın məlumatına görə, bunu Belarus baş nazirinin müavini Mixail Rusıy Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Azərbaycanda kənd təsərrüfatı maşınqayırması kimi tam bir sənaye sahəsinin yaradılmasının önəmini vurğulayan M. Rusıy birgə istehsal olunan texnikanın üçüncü ölkələrə ixracı üçün Azərbaycanın yaxşı tərəfdaş olduğunu bildirib.

Belarus baş nazirinin müavini məhsulların artıq Gürcüstana ixracına başlanıldığını deyib və gələcəkdə istehsal templərinin artacağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR