Azərbaycanda hərbi qulluqçular və kursantların geyim və ləvazimatlarla  təmin edilməsinə dair yeni normalar müəyyənləşdirilib

Azərbaycanda hərbi qulluqçular və kursantların geyim və ləvazimatlarla  təmin edilməsinə dair yeni normalar müəyyənləşdirilib
# 28 may 2016 00:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda hərbi qulluqçular və kursantlar hərbi geyim forması və ləvazimatlarla yeni normalara əsasən təmin ediləcəklər.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və təşkilatlarının şəxsi heyətinin hərbi geyim forması ilə və ləvazimatlarla təmin edilməsi normaları”nı təsdiq edib.

Müvafiq olaraq Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələri, hərbi təhsil müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 20 oktyabr tarixli 135 nömrəli qərarı ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR