Naradaran hadisələri ilə bağlı saxlanılan şəxs yenidən dindirilməsini istəyir

Naradaran hadisələri ilə bağlı saxlanılan şəxs yenidən dindirilməsini istəyir
# 19 may 2016 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov yenidən dindirilməsi və ona məxsus olduğu iddia edilən silahla bağlı ekspertizanın keçirilməsini istəyir.

N. Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, o, müdafiə etdiyi şəxsin vəkilin iştirakı ilə yenidən dindiriləsi və ona məxsus olduğu iddia edilən silahla bağlı ekspertizanın keçirilməsi barədə vəsatətlərlə istintaq orqanına müraciət edib. Yaxın günlərdə vəsatətə baxılacaq.

Ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, 60-dan çox şəxs saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR